Tartışma:Arap harfli Azeri alfabesi
Konu ekle| Burası Arap harfli Azeri alfabesi adlı madde üzerindeki değişikliklerin konuşulduğu tartışma sayfasıdır. Maddenin konusunun genel olarak tartışıldığı bir forum değildir. |
|||
| |||
Şəkil
[kaynağı değiştir]Bu "Latin South Az" əlifbası hardan olduğunu heç başa düşmədim. Azərbaycan kiril əlifbasında isə җ hərfi yox idi. O türkmən əlifbasında var idi. Kiril əlifbasında Азәрбајҹан kimi yazılır o. Ҹ hərfi ilə. --Мурад 97 (mesaj) 03.56, 12 Kasım 2019 (UTC)
Səhifənin 70%-i ərəb əlifbasını pisləməyə həsr olunub
[kaynağı değiştir]Məqalədə ciddi balans problemi görünür. Mövzunun çox böyük hissəsi ərəb qrafikasının “çatışmazlıqları”na həsr olunub və bu hissələr ensiklopedik yanaşmadan çox sovet və milliçi ritorikanı xatırladır. Əlifbanın tarixi, mədəni rolu, ədəbi irsi və əsrlər boyu necə işlədiyi isə demək olar ki, kənarda qalıb. Halbuki minillər boyu poeziya, tarix, elm və dini ədəbiyyat məhz bu qrafika ilə yazılıb.
Məqalənin təkcə “problemlər siyahısı” şəklində qurulması oxucuya səhv mesaj verir: guya ərəb qrafikası istifadəyə yararsız olub və yalnız islahatlar xilas edib. Halbuki bütün əlifbalar - latın və kiril daxil - uyğunlaşdırılma və dəyişikliklərə ehtiyac duyub.
Ensiklopedik üslub isə qərəzli ritorikanı təkrarlamaq yox, tarixi hərtərəfli göstərməkdir. Jafroni (mesaj) 15.45, 25 Ağustos 2025 (UTC)